
“Macarıstan strateji planda Azərbaycanın yanındadır”.
Primeinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, önəmli təbii qaz və neft sahələrinə investisiya qoyuluşunu mümkün etdi. Buna görə də macarlar bazara daxil ola bilirlər”, – o əlavə edib.
V.Orban həmçinin bildirib ki, Avropadan fərqli olaraq burada müharibə, qeyri-qanuni miqrasiya, ailə dəyərlərini sıxışdıran nələrsə yoxdur:
“Avropada çatışmayan inkişaf, qarşılıqlı hörmətdir. Bunlar burada var. Bu gün burada güclü liderlər toplaşıb”.