
Xalq artisti Şahnaz Haşımova əməliyyat olunub.
Primeinfo.az xəbər verir ki, bu barədə xalq artistinin nəvəsi Eldar Abdullayev bildirib.
Onun sözlərinə görə, Şahnaz Haşımovanın bu gün Gəncədə xəstəxanada baş tutan əməliyyatı uğurlu olub.
“Əməliyyatı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru cərrah İlkin İsmayılov və xəstəxananın ümümi cərrahı Anar Cəfərov həyata keçiriblər. Nənəmin müalicəsi hazırda palata şəraitində davam etdirilir, vəziyyəti yaxşıdır”.
Qeyd edək ki, 68 yaşlı Ş.Haşımova səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya yerləşdirilmişdi.