Xəbər axtarın

Son axtarış nəticələri:

Xamenei: "Tramp devriləcək"

09.01.2026 14:24


İranın Ali Lideri Əli Xamenei ölkədəki etirazlara münasibət bildirib.

Primeinfo.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən məlumat verir.

O, açıqlamasında İslam Respublikasının etirazlar və xarici təsirlər qarşısında geri çəkilməyəcəyini vurğulayıb.

Xamenei iddia edib ki, İslam Respublikası yüzminlərlə şərəfli insanın qanı ilə hakimiyyətə gəlib və təxribatçılar qarşısında mövqeyini qoruyacaq.

O bu gün İranda baş berən etiraz aksiyaları və iğtişaşlardan söz açarkən vandal şəxslərin bu davranışı ABŞ Prezidenti Donald Trampa “xoş gəlmək üçün” etdiklərini vurğulayıb:

“Trampa gəlincə, o bilməlidir ki, tarix göstərir: dünyanın Firon, Nəmrud, Rza Xan və Məhəmməd Rza kimi bütün təkəbbürlü insanları məhz güclərinin və lovğalıqlarının zirvəsində olduqları vaxt süquta uğrayıblar. O da devriləcək”.

 

 

 

Paylaş: