Xəbər axtarın

Son axtarış nəticələri:

Xəstəxanada bədbəxt hadisə: kişi 2-ci mərtəbədən yıxılıb, öldü

20.10.2025 17:58

Gəncədə xəstəxanada ölüm hadisəsi baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb.

Belə ki, xəstəxananın sözügedən şöbəsində yatan Goranboy rayon sakini 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə düşüb.

Yaşlı kişi xəstəxananın digər şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Z.Rzayev xəstəxanada müalicə alırmış.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: