Xəbər axtarın

Son axtarış nəticələri:

Xəzərdə itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb

19.12.2025 11:42


Dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb.

Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Paylaş: