Xəbər axtarın

Son axtarış nəticələri:

“Ya Zelenski yalan danışır, ya da Putin” – ŞOK İDDİA - VİDEO

30.12.2025 16:38

“Rusiya-Ukrayna savaşında ən təhlükəli məqam yaranıb və müharibədən çıxmaq üçün ya Zelenski, ya da Putin hakimiyyətdən getməlidir. Getməsə, müharibə bitməyəcək. Təəssüf ki, Zelenskinin hakimiyyətdən getmək şansı daha çoxdur. Bu, açıq-aşkar görünür”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

“Rusiya iddia edir ki, Putinin iqamətgahına, onu aradan götürmək üçün, Ukrayna dron hücumu təşkil edib. Özü də, bu hücum, danışıqların ən intensiv dövrünə təsadüf edib. Zelenski isə deyir ki, Rusiya yalan danışır, belə bir hücum olmayıb, bu Rusiyanın danışıqları pozmaq cəhdidir. Bu situasiyada ya Putin, ya da Zelenski yalan danışır – bunu anlamaq üçün emosional yanaşmanı kənara qoymaq, soyuq başla düşünmək lazımdır”, – N.Cəfərli vurğulayıb.

Davamı “Qırmızı masa”da:

Paylaş: