
“Üzümü güneyli soydaşlarıma tuturam: illərlə dövlət həsrəti çəkmişik. İllərdir təhqirlər altında yaşamışıq. Bizi alçaldıblar, başımızdan vurublar”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Turan masası” proqramında Güney Azərbaycanın tanınmış ozanı Araz Elsəs bildirib.
O, canlı yayımda Güney Azərbaycandan olan soydaşlarımıza çağırış edib:
“İllərdir bir dil üçün İranda qapı-qapı gəzdik. Parlamentlərini, məclislərini diləndik, “bizə dilimizi verin” dedik. Yetər artıq haqqımızı diləndik! Daha kimsənin qapısına getmək lazım deyil. Qoy onlar bizim qapımıza gəlsin! Bayrağımızı yüksəldib deməliyik ki, “bu torpaqlar artıq müstəqildir, bir cümhuriyyətdir, mənim öz dövlətimdir!” – deyə o əlavə edib.
Davamı “Turan masası”nda: