Xəbər axtarın

Son axtarış nəticələri:

Zabratda ağır yol qəzası: 1 nəfər öldü

29.11.2025 12:54


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

 

Belə ki, Mirəli Abbasov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkət edərkən 2003-cü il təvəllüdlü Ələsgər Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü Ələsgər Ələsgərov ölüb.

Avtomobildə olan sərnişinlər 2003-cü il təvəllüdlü Sevinc Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Rəsulova, digər sürücü Mirəli Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş: