
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə gedib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Zelenski bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
İkitərəfli danışıqların Bakı vaxtı ilə saat 17:05-də Ankaradakı prezident kompleksində başlayacağı açıqlanıb. Qrafikə əsasən, danışıqlar 55 dəqiqə davam edəcək, bundan sonra tərəflər nahar edəcəklər.
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff də bu gün Türkiyəyə səfər edəcək.
O, Zelenski və Ərdoğanla görüşəcək.
Saat 19:00 radələrində mətbuat konfransı planlaşdırılır.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, görüş zamanı Rusiya-Ukrayna münaqişəsi, atəşkəsin təmin olunması və uzunmüddətli həllə nail olmaqla bağlı məsələlər müzakirə olunacaq.