
Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.
Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində 3 nəfər – Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı, Mütəllim Mütəllimov ölüb, 3 nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov isə xəsarət alıb.