Xəbər axtarın

Son axtarış nəticələri:

Ağdamda mübahisə bıçaqlanma ilə nəticələndi

24.11.2025 22:49

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarəti alan kənd sakini Cabbarov Sahib Camal oğlu Ağdam Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Daha sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Hadisəni törətməkdə həmkəndlisi, Baxşəliyev Teymur Həsən oğlu şübhəli bilinir.

İlkin məlumata görə, hadisəyə səbəb kəndilər arasında yaranan mübahisə olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: