
Ramiz Mehdiyevin Prezident Administrasiyasında köməkçisi işləyən Eldar Əmirov həbs edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, istintaq orqanının təqdimatı əsasında Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur.
Qeyd edək ki, Eldar Əmirovun saxlanması ilə bağlı xəbəri ilk olaraq Manşet.az saytı yayımlayıb.