
Dünən Ankarada səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.
Primeinfo.az xəbər verir ki, Zelenski və onun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Misak-ı Milli Qülləsi qarşısında yürüyərək, “Anıtqəbir” məqbərəsinə gediblər.
Ukrayna lideri Atatürkün məzarına çələng qoyub və bir dəqiqəlik sükutla anma mərasimi keçirilib.
