Xəbər axtarın

Son axtarış nəticələri:

“Belə binamuslardan nə gözləyəsən?” – Hərbi ekspert “od püskürdü” – VİDEO

18.12.2025 11:30


“Rusiya Azərbaycanın təyyarəsini vurub, insanlarını öldürüb. Sonra da həyasızcasına dişlərini ağardıb deyir ki, “biz müttəfiqik”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov Prime TV-nin “Qırmızı masa” verilişində deyib.

O, Rusiya-Ukrayna savaşı ətrafında baş verən son olayları şərh edib:

“Belə binamuslardan nə gözləyəsən? Rusiya efirlərində deyirlər ki, – Ukrayna bizim qardaşımızdır. Yəni, xristian olduqlarına görə qardaş sayılırlar. Amma qardaşın 4 ildir evini dağıdır, ailə üzvlərini öldürür, yandırır. Utanmadan da deyir ki, biz onlara nə edirik? Biz onları çox sevirik, onlar bizim qardaşımızdır.

Putin belə hərəkətləri ilə SSRİ qura biləcək? SSRİ-yə kim daxil olacaq? Putinin üzü olmamalıdır, siyasətçilər arasına çıxmağa”.

Davamı “Qırmızı masa”da:

 

 

Paylaş: