Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Krımda öz hərbi təyyarəsini vurdu

17.10.2025 17:19

Rusiya Krımda öz hərbi təyyarəsini vurdu

Rusiya hərbçiləri gecə saatlarında dronlara qarşı hava müdafiəsi əməliyyatı apararkən təsadüfən öz hərbi təyyarələrini vurublar.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk “RBC-Ukrayna”ya açıqlamasında bildirib.

“Ukrayna hücumlarını dəf etməyə çalışarkən Rusiya öz təyyarəsini Krım üzərində vurub”,- o deyib.

O əlavə edib ki, gecə saatlarında yarımadaya endirilmiş zərbələr nəticəsində Rusiya neft bazasında yanğın baş verib.

 

Paylaş: