
Amerikalılar hər il istəmədikləri Milad hədiyyələrini mağazalara qaytarırlar.
Primeinfo.az “Axios” portalına istinadən xəbər verir ki, bu il pərakəndə satışların 20-25%-nin mağazalara geri qaytarılacağı gözlənilir ki, bu da təxminən 1 trilyon dollar dəyərində məhsul deməkdir.
“Returnuary” adlanan bu dövr Milad bayramından dərhal sonra, dekabrın 26-dan başlayır və bir neçə həftə davam edir.
Alıcılar ən çox geyim və ayaqqabılarını, eləcə də papaq və şərf kimi geyim aksessuarlarını, həmçinin bəzək əşyalarını geri qaytarırlar. Bu siyahıya həmçinin elektron cihazlar və qadcetlər daxildir ki, onlar əsasən nasaz olduğundan və ya istifadəçinin həyat tərzinə uyğun olmadığından geri qaytarılır.