Xəbər axtarın

Son axtarış nəticələri:

Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi

17.12.2025 17:38

Türkiyədən 5 illik deportasiyasına qərar verilən keçmiş millət vəkili Gültəkin Hacıbəylinin geri göndərmə məntəqəsində saxlanılması qanuni hesab edilib.

Primeinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

G.Hacıbəylinin sözlərinə görə, Sülh Cəza Məhkəməsində onun Çatalca Geri Göndərmə Mərkəzində saxlanılmsı ilə bağlı şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istintaqa çağırılıb. Amma o, Türkiyədən ölkəyə qayıtmaq istəmədiyi üçün orada saxlanılıb. İki gün əvvəl onun 5 il müddətinə Türkiyədən deportasiya edilməsi ilə bağlı qərar qəbul edilib.

Paylaş: