Xəbər axtarın

Son axtarış nəticələri:

Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib

15.12.2025 18:35

Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilibMilli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.

Gültəkin Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Geri Göndərmə Mərkəzinə gətirilib.

3 gün öncə isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.

Paylaş: