Xəbər axtarın

Son axtarış nəticələri:

Metronun Bənövşəyi xətti üzrə qatarlarda vaqonların sayı azaldılıb

26.12.2025 11:49

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC vaqon parkında ehtiyat tədbirlərini gücləndirmək və sərnişin tələbatına uyğunlaşdırmaq məqsədilə Bənövşəyi xətdə 7 vaqonlu qatar tərkiblərindən 5 vaqonlu qatar tərkiblərinə keçid edib.

Primeinfo.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, bir müddət öncə Bənövşəyi xətdə intervalın “Avtovağzal–Xocəsən” sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyədək azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb.

Bənövşəyi xətdə monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platformalarının texniki imkanlarına uyğun olaraq yeddi vaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək.

Paylaş: