Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyada Azərbaycan diasporuna qarşı əməliyyat - Saxlanılanlar var

13.12.2025 20:00

Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir neçə diaspor üzvü saxlanılıb.

Rusiya mediasının yazdığına görə, saxlanılan arasında Niyaz Zahidov adlı şəxs var.

Onun kriminal aləmin üzvü olduğu və Alekseyevski bazarına nəzarət etdiyi qeyd olunub.

Zahidovun Rusiya pasportunun əlindən alındığı və qanunsuz miqrantların saxlanılma məntəqəsinə göndərildiyi bildirilib.

Paylaş: