
“Cenevrədə gedən danışıqlarda nəticə əldə olunmamasına inanmıram. ABŞ və İsrail ona görə susur ki, İranla müəyyən razılaşmalar əldə etdiklərini etiraf edə bilmirlər. Hesab edirəm ki, İranla müəyyən danışıqlara getdilər və İran da qarşıya qoyulan şərtlərin demək olar ki, hamısını qəbul edib”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Onlar bunu ona görə məxfi saxlayır ki, İran daxilində SEPAH ayağa qalxar və hər şey darmadağın olar”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: