Xəbər axtarın

Son axtarış nəticələri:

3 yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO

01.03.2026 15:53


Gəncə şəhəri Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqları dəmir qapı arasında qalıb.

Primeinfo.az xəbər verir ki, təhlükəli vəziyyətin yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.

Paylaş: