
“ABŞ beynəlxalq sularda İran gəmisini hədəf aldığına görə peşman olacaq”.
Primeinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” hesabında bildirib.
O, ABŞ-ı İranın sahillərindən 2000 mil aralıda – dənizdə cinayət törətməkdə ittiham edib:
“Hindistan donanmasının qonağı olan və təxminən 130 dənizçini daşıyan “Dena” gəmisi xəbərdarlıq olmadan beynəlxalq sularda vurulub.
Sözlərimizi yadınızda saxlayın – ABŞ yaratdığı presedentə görə çox peşman olacaq”.
Qeyd edək ki, Şri-Lanka sahillərində ABŞ sualtı qayığı İrana məxsus gəmini batırıb, ən azı 80 nəfər ölüb.
ABŞ rəsmiləri indiyədək İranın 9 tankerini məhv etdikləri bildirib.
The U.S. has perpetrated an atrocity at sea, 2,000 miles away from Iran’s shores.
Frigate Dena, a guest of India’s Navy carrying almost 130 sailors, was struck in international waters without warning.
Mark my words: The U.S. will come to bitterly regret precedent it has set. pic.twitter.com/cxYiI9BLUk
— Seyed Abbas Araghchi (@araghchi) March 5, 2026