Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: tehran

Sabahdan Tehrandan İstanbul və Məsqətə uçuşlar bərpa edilir

Sabahdan Tehrandan İstanbul və Məsqətə uçuşlar bərpa edilir

Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı sabahdan İstanbul və Məsqətə uçuşları bərpa edir. Primeinfo.az bu barədə İran mediasına istinadən xəbər verir. Qeyd edək ki, bundan əvvəl İranın Mülki Aviasiya Təşkilatı Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı və Mehrabad Hava Limanında sərnişin reyslərinin bərpa olunduğunu açıqlayıb.

Qalibafdan SENSASİON AÇIQLAMA: Atəşkəsdən 48 saat əvvəl nələr yaşanıb?

Qalibafdan SENSASİON AÇIQLAMA: Atəşkəsdən 48 saat əvvəl nələr yaşanıb?

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf vətəndaşlara müraciətində Tehranın asimmetrik müharibə şəraitində savadlı planlaşdırma və hazırlıq sayəsində düşməni dəf etdiyini bildirib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, spiker İranın hərbi güc, maliyyə və texniki imkanlar baxımından ABŞ-dan obyektiv şəkildə geri qaldığını, lakin bunun döyüş meydanında həlledici amilə çevrilmədiyini vurğulayıb. “Biz düşməni tamamilə məhv etmədik, lakin döyüş meydanında qələbə qazandıq.

Tehranda 4,1 maqnitudalı zəlzələ olub

Tehranda 4,1 maqnitudalı zəlzələ olub

Tehranda zəlzələ baş verib. Primeinfo.az-ın xəbərinə görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib. Yerli vaxtla saat 15:28-də qeydə alınan zəlzələnin maqnitudası 4.1, dərinliyi isə 8 kilometr olub.

Pakistan nümayəndə heyəti bu gün Tehrana gedir

Pakistan nümayəndə heyəti bu gün Tehrana gedir

Pakistan nümayəndə heyəti bu gün Tehrana gedəcək. Primeinfo.az-ın məlumatına görə, bu barədə bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. “İranla Pakistan arasında danışıqlar davam edir.

Tehran sakinləri bayraqlarla küçələrə AXIŞDILAR

Tehran sakinləri bayraqlarla küçələrə AXIŞDILAR

ABŞ prezidenti Donald Trampın zərbə endirərək bütöv bir sivilizasiyanı məhv edəcəyi ilə bağlı xəbərdarlığından sonra Tehran sakinləri bayraqlarla küçələrə axın ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, ABŞ-ın hücum etməsi halında İran Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə zərbə endirəcəyini açıqlayıb.

İsfahan və Tehranda partlayışlar olub – VİDEO

İsfahan və Tehranda partlayışlar olub – VİDEO

İranın mərkəzində yerləşən İsfahan şəhərində bir neçə partlayış baş verib. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu iddianı “Al Hadath” televiziya kanalı irəli sürüb. Detallar hələlik açıqlanmayıb.

Tehranda Əli Laricani və "Bəsic" komandanı ilə vida mərasimi keçirilir

Tehranda Əli Laricani və "Bəsic" komandanı ilə vida mərasimi keçirilir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə vida mərasimi keçirilir. Primeinfo.az xəbər verir ki, Tehranın İnqilab meydanında Laricani ilə yanaşı, “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymani ilə də vida mərasimi keçirilir. Qeyd edək ki, Laricani və Süleymani İsrailin aviazərbələri nəticəsində öldürülüb.