Xəbər axtarın

Son axtarış nəticələri:

"Maykl” filmi dünya premyerasından 3 gün öncə Bakı kinoteatrında – FOTO - VİDEO

24.04.2026 17:32

"Maykl” filmi dünya premyerasından 3 gün öncə Bakı kinoteatrında – FOTO - VİDEO

“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında musiqi, üslub və təkrarsız enerji ilə dolu bir axşam baş tutub. Bu möhtəşəm tədbir dünya səhnəsinin əfsanəsi Maykl Cekson haqqında çəkilmiş, böyük maraqla gözlənilən “Maykl” bioqrafik filminin dünya premyerasından 3 gün öncə keçirilən nümayişinə həsr olunub.

Primeinfo.az xəbər verir ki, tədbir əsl genişmiqyaslı dünyəvi hadisəyə çevrilib və hər detal incəliklə düşünülüb.

Kinoteatrın foyesi sənətkarın yaradıcılıq dövrlərindən ilhamlanan üslubda tərtib edilib: zərif dekor, işıq effektləri və şou-biznes ab-havası qonaqlara pop musiqisinin kralının dünyasına səyahət hissi yaradıb.

Qonaqları səmimi və bayram əhval-ruhiyyəsi qarşılayıb. Proqramın kulminasiyası Maykl Ceksonun məşhur hitləri altında təqdim olunan “A1” rəqs qrupunun möhtəşəm çıxışı oldu. Hərəkətlərin dəqiqliyi, ifaçıların xarizması və səhnənin güclü enerjisi tamaşaçılarda əsl emosiyalar yaradıb. Axşamın parlaq və eyni zamanda təsirli finalı isə əfsanəvi sənətkar obrazında çıxış edən gənc rəqqasın virtuoz nömrəsi olub — bu çıxış tamaşaçıların xüsusi rəğbətini və alqışını qazanıb.

Qapalı nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Axşam “Maykl” filminin çoxdan gözlənilən nümayişi ilə yekunlaşıb.

“Maykl” filmi sənətkarın yolunu — ailə qrupunun tərkibində səhnəyə ilk addımlarından başlayaraq, dünya miqyasında musiqi və şou-biznes sənayesini dəyişən bir ikonaya çevrilməsinə qədər olan mərhələləri əhatə edir.

Filmin rejissoru Antuan Fukua, baş rolu isə Maykl Ceksonun qardaşı oğlu Cafaar Cekson ifa edib ki, bu da ekran əsərinə xüsusi autentiklik və dərinlik qatır. Layihədə həmçinin Kolman Dominqo və Nia Lonq kimi aktyorlar da mühüm obrazları canlandırıblar.

Filmdə yalnız musiqi irsinə deyil, həm də Maykl Ceksonun həyatının pərdəarxası tərəflərinə — onun daxili hisslərinə, yaradıcılıq axtarışlarına və unikal obrazının formalaşmasına təsir edən hadisələrə xüsusi diqqət yetirilir. Tamaşaçıları “Thriller” və “Bad” albomlarından ilhamlanan əfsanəvi səhnə nömrələrinin yenidən canlandırılması, eləcə də sənətkarın həyatından nadir və əvvəllər nümayiş olunmayan məqamlar gözləyir.

Tamaşaçılar “Maykl” filmini “CineMastercard” kinoteatrlar şəbəkəsində orijinal -ingilis dilində, eləcə də rus dilində izləyə biləcəklər. Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur.

 

Paylaş: