
“Real Madrid”in heyətində ciddi itki yaşanıb.
Primeinfo.az xəbər verir ki, komandanın türkiyəli futbolçusu Arda Güler zədələnib.
Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçinin sağ ayağının bud nahiyəsində zədə aşkarlanıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, Türkiyə millisinin üzvü üçün mövsüm başa çatıb. Onun bu yay ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatına qədər hazır olacağı bildirilir.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”də ümumilikdə 50 oyunda 6 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.