Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanla Çexiya "İkitərəfli hərbi əməkdaşlıq planı"nı imzaladılar - FOTO

24.04.2026 13:48

Azərbaycanla Çexiya "İkitərəfli hərbi əməkdaşlıq planı"nı imzaladılar - FOTO

Azərbaycan və Çex respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirilib.

Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib.

Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib.

Paylaş: