Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda cibgirlik edən şəxs saxlanıldı - VİDEO

23.04.2026 16:17

Bakıda cibgirlik edən şəxs saxlanıldı - VİDEO

Paytaxtın Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək ictimai nəqliyyat vasitəsindən istifadə edən zaman cibində olan “iPhone” markalı mobil telefonunun talandığını bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək saxlanılıb. Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: