
İran şahının oğlu Rza Pəhləvinin üstünə Berlində boya töküblər.
Primeinfo.az xəbər verir ki, bununla bağlı görüntülər “Teleqram” kanallarında yayılıb.
Məlumata görə, hadisə Rza Pəhləvi Berlində keçirdiyi mətbuat konfransından sonra binanı tərk edərkən baş verib. Naməlum şəxs ona yaxınlaşaraq, üstünə qırmızı boya töküb. Cangüdənlərinin ətrafında olan Pəhləvi tərəfdarlarına əl edərək avtomobilə minib və olay yerindən uzaqlaşıb.
Hadisəni törədən şəxs saxlanılıb.