Xəbər axtarın

Son axtarış nəticələri:

Qatar yoluna kənar insan müdaxiləsinə görə 4 toqquşma baş verib - ADY

24.04.2026 15:34

Qatar yoluna kənar insan müdaxiləsinə görə 4 toqquşma baş verib - ADY

Bu ilin I rübündə yola kənar insan müdaxiləsinə görə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) maşinistləri 43 dəfə təcili tormozlama ediblər, ümumilikdə 4 toqquşma hadisəsi baş verib.

Bu barədə Primeinfo.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, sözügedən hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır:

“ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır”.

Paylaş: