Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Ukrayna

Yuşşenko: "Sərhədlərin toxunulmazlığı Ukrayna-Azərbaycan münasibətlərinin təməlidir"

Yuşşenko: "Sərhədlərin toxunulmazlığı Ukrayna-Azərbaycan münasibətlərinin təməlidir"

Azərbaycan və Ukraynanı birləşdirən əsas elementlərdən biri ərazi bütövlüyü prinsipinə sədaqətdir. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko “Vesti.az”-a açıqlamasında deyib. Yuşşenkonun sözlərinə görə, dövlətin ərazi bütövlüyünün toxunulmazlığı müasir beynəlxalq təhlükəsizlik sisteminin əsasını təşkil edir, bu, beynəlxalq təhlükəsizlik konsepsiyasının bir nömrəli bəndidir.

Azərbaycan və Ukrayna arasında Saziş TƏSDİQ EDİLİB

Azərbaycan və Ukrayna arasında Saziş TƏSDİQ EDİLİB

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərməlidir.

Ceyhun Bayramov Budanovla regional və beynəlxalq vəziyyəti müzakirə edib

Ceyhun Bayramov Budanovla regional və beynəlxalq vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri zamanı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfələri vurğulayıblar.