Xəbər axtarın

Son axtarış nəticələri:

6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək

06.08.2026 18:59

6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək

Paytaxtın Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsiilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA), Primeinfo.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən 7-10 avqust tarixlərində 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.

Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağaBakıxanov küçəsi, İnşaatçılar və
Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

14 və 96 nömrəli marşrutların hərəkəti Füzuli vəAbdulla Şaiq küçələri, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzağa Əliyev küçəsi,daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.

Paylaş: