
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın iştirakı ilə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, XİN başçısı abidə önünə əklil qoyaraq onların xatirəsini ehtiramla yad edib.
***
10:09
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya rəsmi səfəri başlayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in “X” hesabında paylaşılıb.
Bildirilib ki, Kiyevdə Azərbaycan XİN rəhbərini Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Andrey Sibiqa və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.



During his official visit to Ukraine, the Minister of Foreign Affairs of the Republic of Azerbaijan🇦🇿 @Bayramov_Jeyhun together with @Andrii_Sybiha, the Minister of Foreign Affairs of Ukraine🇺🇦, laid a wreath and paid tribute at the Memorial to the Fallen Defenders of Ukraine… pic.twitter.com/OP7fNwtESJ
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 6, 2026