Xəbər axtarın

Son axtarış nəticələri:

FHN-dən küləkli hava şəraiti ilə bağlı MÜRACİƏT

06.08.2026 12:10

FHN-dən küləkli hava şəraiti ilə bağlı MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət ünvanlayıb.

FHN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, nazirlik küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb və vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə bildirilib.

Paylaş: