
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andriy Sibiha ilə görüşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” sosial şəbəkəsində paylaşım edib.
Tərəflər, həmçinin regional və beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
“Ölkələrimiz dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri ilə bağlıdır”, – deyə Ceyhun Bayramov vurğulayıb.