Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhədə GƏLDİ

05.08.2026 12:34

Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhədə GƏLDİ
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Zəngəzurdakı (Sünik) hərbi mövqelərdən biri ilə bağlı səsləndirilən problemlərlə əlaqədar əraziyə qəfil səfər edib.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.

Bildirilib ki, təlim toplanışının iştirakçılarından biri Zəngəzurda yerləşən hərbi mövqelərdən birində müşahidə etdiyi problemləri ictimailəşdirib. Bundan sonra Baş Qərargah rəisi həmin mövqeyə gözlənilməz baxış keçirib.

Aram Torosyan qeyd edib ki, Müdafiə Nazirliyi əsaslandırılmış və sağlam tənqidlərə açıqdır, göstərilən problemlərin operativ və ardıcıl şəkildə aradan qaldırılmasına hazırdır.

Bununla yanaşı, o vurğulayıb ki, hərbi mövqelərdəki silahların sayı, növləri və sursat, o cümlədən toxunulmaz ehtiyatlarla bağlı məlumatlar dövlət sirri hesab olunur. Bu məlumatların açıqlanmasının qanunvericiliyə uyğun məsuliyyət yarada biləcəyi bildirilib.

Nazirlik vətəndaşları bu cür məlumatları Müdafiə Nazirliyi ilə müvafiq müzakirələr aparmadan ictimailəşdirməməyə çağırıb.

Paylaş: