
Rusiya Silahlı Qüvvələri Qara dənizdə iki quru yük gəmisini pilotsuz uçuş aparatları ilə vurub.
Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəmilər Odessanın cənubunda və şərqində olub, onlar hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirdilər.
Daha əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, avqustun 5-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Odessanın cənubunda üç quru yük gəmisini vurub.