Xəbər axtarın

Son axtarış nəticələri:

Metropoliten: “Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq”

05.08.2026 19:30

Metropoliten: “Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq”

“Xüsusi olaraq qeyd edim ki, xətlər ayrıldıqdan sonra sərnişinlərimiz “Yaşıl xətt” üzrə hərəkət edərkən Cəfər Cabbarlı–28 May stansiyaları istiqamətində hərəkət edə biləcəklər, yəni keçid edə biləcəklər”.

Primeinfo.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, “Qırmızı xətt” üzrə hərəkət edən sərnişinlər 28 May–Cəfər Cabbarlı istiqamətində piyada keçidlərindən də istifadə edə biləcəklər:

“Bu məqsədlə daha bir piyada keçidi inşa olunur. Bu, axınların qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusi olaraq qeyd edim ki, layihənin növbəti mərhələsi Bakı Metropoliteni üçün bu gün əsas vəzifə olan sıxlığın aradan qaldırılmasını həyata keçirməyə imkan verəcək”.

Bəxtiyar Məmmədov qeyd edib ki, sıxlığın aradan qaldırılması üçün ilk növbədə intervalların azaldılması çox vacibdir: “Bu məqsədlə “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası inşa olunur. Qeyd etdiyim 10 stansiyadan ikisi inşa olunacaq və orada da dönmə kamerası yerləşəcək. Dönmə kamerası qatarların hər hansı bir maneə olmadan stansiyaları dövrə vuraraq xətt üzrə adi qaydada hərəkətini təmin edir. Beləliklə, bu gün Bakı Metropoliteni sərnişinlərinə hər iki xətt üzrə 3 dəqiqə 30 saniyədən aşağı interval təklif edə bilmirsə, bu layihələr icra olunduqdan sonra hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq”.

Paylaş: