
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə sülh danışıqlarını bərpa etmək məqsədilə Ukraynaya səfər edəcək.
Primeinfo.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andriy Sibiha bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ tərəfdaşlarının iştirakı ilə aparılan sülh danışıqları müvəqqəti dayanıb.
“ABŞ-ın danışıqlar üzrə nümayəndə heyətinin Ukraynaya səfərini gözləyirik. Amerika tərəfinin səylərini alqışlayırıq və ABŞ-ın bu prosesdə daha fəal iştirakını və dinamikanın artmasını istəyirik”, – nazir vurğulayıb.