Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenski: "Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

05.08.2026 12:20

Zelenski: "Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə son hücumunda 17 nəfərin öldüyünü, daha 44 nəfərin yaralandığını bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti öz “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya qoşunları paytaxt Kiyev şəhərinə və Kiyev vilayətinə 24 ballistik raket, dörd “Zirkon/Oniks” raketi və 115 pilotsuz təyyarə buraxıb ki, onların da böyük hissəsi reaktivdir.

Zelenski qeyd edib ki, hücumun əsas hədəfi mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmir yolu stansiyası olub.

Ukrayna Prezidenti əlavə edib ki, raketdən müdafiə sistemlərinə dəstək verilməsi insan ölümlərinin qarşısını ala bilər.

Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli bir hissəsinin hələ də sanksiyalar altında olmadığını bildirən Zelenski Böyük yeddiliyi, Avropa İttifaqını yeni addımlar atmağa çağırıb.

***

10:49

Rusiya ordusunun Kiyev vilayətinə endirdiyi raket zərbələri nəticəsində 14 mülki şəxs həlak olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, ən çox itki Brovarı rayonunda baş verib, burada doqquz nəfər həlak olub. Hava hücumu nəticəsində Buça rayonunda daha dörd mülki şəxsi həlak olub. Fastiv rayonunda isə daha bir nəfər ölüb.

Timur Tkaçenko bildirib ki, hava hücumu zamanı Kiyev vilayətinin 22 sakini yaralanıb. Brovarı rayonunda on iki, Fastiv rayonunda üç, Buça rayonunda isə yeddi nəfər yaralanıb.

Bütün yaralılara lazımi tibbi yardım göstərilir.

Zelenski: "Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Zelenski: "Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Zelenski: "Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Zelenski: "Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Zelenski: "Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Paylaş: