
“Barselona”nın yarımmüdafiəçisi Qavi 2026-cı il dünya çempionatından əvvəl verdiyi qeyri-adi vədinə əməl edərək pərəstişkarlarını çəhrayı saçlı imici ilə təəccübləndirib.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, kataloniya klubunun və İspaniya millisinin futbolçusu hələ dünya birinciliyinin qrup mərhələsində turnirdə qalib gələcəkləri təqdirdə saçlarını boyayacağına söz vermişdi. O, yarışın finalından iki həftə sonra bunu reallaşdırıb.
Yarımmüdafiəçi çəhrayı saçlı fotoşəkilini “Sözünü tutan adam” qeydi ilə paylaşıb və gülən emoji əlavə edib.
İspaniya yığmasının müdafiəçisi Mark Kukurelya isə DÇ-2026-dakı qələbənin şərəfinə saçlarını hörükləyib və millinin baş məşqçisi Luis de la Fuentenin simasını əks etdirən döymə etdirib. Bu futbolçu da ictimaiyyət önündə verdiyi vədi yerinə yetirən isimlərdən olub.
Xatırladaq ki, futbol üzrə 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək üç ölkədə – ABŞ, Kanada və Meksikada keçirilib. Planet birinciliyinin 2026-cı ildə baş tutan finalında İspaniya milli komandası Argentina yığması ilə qarşılaşaraq rəqibini 1:0 hesabı ilə məğlub edib.