Xəbər axtarın

Son axtarış nəticələri:

Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər - FOTO

24.04.2026 11:00

Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər - FOTO
Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində QMB zərərvericisinin vaxtında aşkar olunması məqsədilə feromon tələlərə mütəmadi baxış keçirilib.

Bu barədə Primeinfo.az-a AXA-dan məlumat verilib.

Bildirilib ki, monitorinq tədbirləri Sabiroba kəndi, Nərəcan kəndi, Yalama kəndi, Xanoba kəndi, Düzahiroba kəndi, Zuxuloba kəndi, Ortaoba kəndi, Yaquboba kəndi və Ukuroba kəndi ərazilərini əhatə edib.

Xanoba kəndində 20 ədəd, digər kəndlərin hər birində isə 5 ədəd olmaqla ümumilikdə 60 ədəd feromon tələyə baxış keçirilib.

Baxış zamanı Yaquboba kəndində 15, Xanoba kəndində 8, Ortaoba kəndində 4, Yalama kəndində 1, Düzahiroba kəndində 2, Zuxuloba kəndində 2 fərd olmaqla ümumilikdə 32 fərd QMB zərərvericisi müşahidə olunub.

Aparılan monitorinqlər QMB-nin yayılma səviyyəsinin qiymətləndirilməsi və vaxtında mübarizə tədbirlərinin planlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Monitorinq tədbirləri davam etdirilir.

Paylaş: