
Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin verilməsini təsdiq edib və Rusiyaya qarşı yeni – 20-ci sanksiyalar paketini qəbul edib.
Primeinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” hesabında bildirib.
“Aİ-nin Ukraynada ədalətli və davamlı sülhə nazil olmaq strategiyası iki sütuna söykənir: Ukraynanın gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması. Bu gün biz hər ikisində irəlilədik – Ukraynaya 90 milyard avroluq krediti təsdiq etdik, hansı ki, 2026-2027-ci illərdə hərbi və maliyyə yardımını nəzərdə tutur və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul etdik”, – Koşta qeyd edib.
O vurğulayıb ki, 20-ci sanksiyalar paketinin qəbul edilməsi Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədir.
Koşta Avropanın Ukraynanı dəstəkləmək yolunda möhkəm dayandığını əlavə edib.