Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb

24.04.2026 11:12

Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib.

Primeinfo.az xəbər verir ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Taxılın ümumi çəkisi 350 tondur.

Qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Qeyd edək ki, sonuncu dəfə aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.

Paylaş: