Xəbər axtarın

Son axtarış nəticələri:

"Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır" - Paşinyan  

24.04.2026 10:07

"Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır" - Paşinyan  

“Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılmasını qınayır“.

Primeinfo.az xəbər verir ki, bunu Baş nazirin sözçüsü Nazeli Baqdasaryan bildirib.

O, Ermənistan liderinin mövqeyini açıqlayıb:

“Baş nazir Paşinyan bayraq yandırma təcrübəsini qınayır, onu məsuliyyətsiz və qəbuledilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı fərqli qiymətləndirə bilməz. Bu, açıq-aydın gərginliyə səbəb olan təxribatçı davranışdır”.

Qeyd edək ki, İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyənin dövlət bayrağı yandırılıb.

 

Paylaş: