
İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən heyət Pakistana səfər edəcək.
Primeinfo.az-ın məlumatına görə, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, Abbas Əraqçi bu gün axşam saatlarından etibarən İslamabad, Məsqət və Moskvanı əhatə edən regional səfərə yola düşəcək.
Bildirilib ki, səfərin məqsədi ikitərəfli məsləhətləşmələrin aparılması, regionda baş verən cari hadisələrin müzakirəsi və son müharibə ətrafında fikir mübadiləsinin aparılmasıdır.