Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ Hind okeanında İran neftini daşıyan tankeri ələ keçirib

23.04.2026 16:37

ABŞ Hind okeanında İran neftini daşıyan tankeri ələ keçirib

ABŞ Hind okeanında neft tankerini ələ keçirib.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Majestic X” adlı tanker İran neftini daşıyır.

Müharibə Nazirliyi hərbçilərin gəminin göyərtəsinə enməsini əks etdirən videogörüntü yayımlayıb.

Pentaqon yaydığı bəyanatda İrana maddi dəstək göstərən bütün gəmilərin saxlanılacağını vurğulayıb.

İran tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Paylaş: