
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1317 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Primeinfo.az-ın “Report”a istinadən məlumatına əsasən, onlar 45 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 10:00-a qədər sərhədi 259 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 401, Rusiyanın 259, Tacikistanın 109, Pakistanın 88, Omanın 46, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 11, Gürcüstanın 9, Braziliyanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiya və Nigeriyanın hərəsinin 5, İordaniya, İsveçrə və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Filippin və Qazaxıstanın hərəsinin 3, Nepal, Türkiyə, İtaliya, Qırğızıstan, Yəmən, Çexiya, Böyük Britaniya və Xorvatiyanın hərəsinin 2, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, Ukrayna, İsveç və Almaniyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.









