Xəbər axtarın

Son axtarış nəticələri:

Britaniya gəmisi BƏƏ sularında VURULDU

04.03.2026 12:24


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sularında Böyük Britaniya gəmisinə hücum edilib.

Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Administrasiyası məlumat yayıb.

Kapitan bildirib ki, idarə etdikləri gəmi naməlum mərmi ilə vurulub və gövdəsi zədələnib. Yanğın və ya su sızması olmayıb, ekipajın bütün üzvləri sağ-salamatdır.

Hazırda Böyük Britaniya hakimiyyət orqanları faktla bağlı araşdırma aparır.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Paylaş: