Xəbər axtarın

Son axtarış nəticələri:

Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb

11.03.2026 15:42

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb.

“Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur”, – qeyd olunub.

 

Paylaş: